!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan və Türk dövlətlərində DEMOKRATİYA MƏSƏLƏSİ: “Onun başqa ölkənin daxili işlərinə qarşıması..” - ŞƏRH

!Reklam – Yazi

“Türkiyənin əsas siyasi qüvvələri Türk dövlətlərindəki istənilən hakimiyyətlə əməkdaşlığa hazır olduqlarını açıq bəyan edirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana son səfəri zamanı etdiyi çıxışlarda ölkədə demokratikləşmə məsələsinə toxunmamağının doğurduğu reaksiyalara münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

Onun sözlərinə görə, Türkiyə hakimiyyəti digər Türk dövlətlərinin daxili işlərinə qarışmağı məqbul saymır:

“Ərdoğanın Azərbaycana son səfəri çərçivəsində Şuşa Bəyannaməsi kimi çox mühüm bir sənəd imzalanıb. Bu, iki dövlət arasında münasibətləri mümkün olan ən yüksək səviyyəyə çatdırmağa imkan yaradır.

Açığı, Ərdoğanın Azərbaycanın daxili işi sayılan məsələlərə münasibət bildirməməsini tənqid edənlərin buna hansı prizmadan yanaşdıqlarını bilmirəm. Amma bütün hallarda Ərdoğanın Azərbaycanda demokratiya və başqa məsələlər haqda danışmaması normal haldır. Çünki bu problemləri ilk növbədə özümüz aradan qaldırmalı və onların həllinə nail olmalıyıq.

Ümumiyyətlə, Türkiyə tək Azərbaycanda yox, Orta Asiyanın Türk dövlətlərində də demokratiyanın vəziyyətini müzakirə etməməklə, doğru davranır. Çünki Orta Asiya dövlətlərində hələ də bir Rusiya xofu və Kremldən ciddi asılılıq var. Türkiyənin bu məqamları nəzərə almaması mümkün deyil.

Türkiyə başqa Türk dövlətləri ilə münasibətlərin dərinləşdirilməsinə çalışır və buna mane olacaq məsələlərin qabarmasını istəmir. O baxımdan, Türkiyənin əsas siyasi qüvvələri də Türk dövlətlərindəki istənilən hakimiyyətlə əməkdaşlığa hazır olduqlarını açıq bəyan edirlər. Buna normal yanaşılmalıdır”.

A.Zeynalov

www.yenicag.az

631
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv