!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan: “Xaricdəki səsvermədə rekord iştirakçı sayı və nisbətinə nail olduq”

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədə bu gün səsvermə prosesi başa çatan xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarına müraciət edib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi “Twitter” hesabında yazıb.

Müraciətdə bildirilib:

“Sizin sayənizdə biz bu seçkilərdə rekord say və iştirak nisbətinə nail olduq. Bunun qarşısını almaq üçün edilən cəhdlərə və bölücülərin seçki komissiyalarına hücumlarına baxmayaraq, öz iradəsini seçki qutusunda ifadə edən bütün qardaşlarıma minnətdarlığımı bildirirəm”.

O qeyd edib ki, hava limanlarında və gömrük məntəqələrində səsvermə mayın 14-dək davam edəcək.

“Xaricdəki bütün qardaşlarımı bu demokratik hüquqlardan son ana qədər istifadə etməyə dəvət edirəm. Türk Əsrini birlikdə quracağımıza inanıram”, – Ərdoğan vurğulayıb.

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv