!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan yəhudiləri TƏBRİK ETDİ - FOTO

!Reklam – Yazi

Ərdoğan türk yəhudilərini təbrik edib.

Yenicag.az xəbər verir ki, Türkiyə prezidentinin internet saytı prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatını dərc edib. Bəyanatda bildirilir ki, Ərdoğan türk yəhudilərini Hanuka bayramı münasibətilə təbrik edib.

“Türkiyə tolerantlığa böyük əhəmiyyət verir və hər cür ayrı-seçkiliyə qarşıdır”, – prezident Ərdoğan Hanuka ilə bağlı bəyanatında qeyd edib.

O bəyan edib ki, “bütün vətəndaşların öz inanclarını ifadə etmək azadlığı Türkiyə hakimiyyəti tərəfindən bundan sonra da təmin ediləcək”.

Ərdoğan “cəmiyyətin ayrılmaz hissəsi” olan yəhudiləri təbrik edib və onlara rifah arzulayıb.

Qeyd edək ki, Hanuka (həmçinin “İşıqlar Festivalı” adlanır) yəhudilərin işıq bayramıdır. 2023-cü ildə dekabrın 7-dən 15-dək qeyd olunur.

Bütün bu müddət ərzində yəhudilər evlərində xüsusi bir şamdanda – Hanukada şam yandıraraq, xüsusi dua oxuyurlar.

Şamdandakı şamların sayı bayram günləri ilə bərabərdir: birinci gündə yalnız bir şam yanır, səkkizincidə hanukiya tamamlanır.

Xuraman Etibarlı

www.yenicag.az

137
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv