!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan Zelenski ilə Zaporojye AES məsələsini müzakirə edib - YENİLƏNDİ

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Ərdoğan taxıl dəhlizinin müxtəlif qida və digər məhsulları əhatə edəcək şəkildə genişləndirilə biləcəyini vurğulayıb.

O, həmçinin, Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı məsələnin həll yoluna nail oluna biləcəyinə ümid etdiyini bildirib.

*** 18:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə ukraynalı siyasətçi “Twitter” də yazıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla dialoqumu davam etdirdim. Ukraynalı uşaqlar üçün sığınacaq və şəhərlərimiz üçün yüzlərlə generator üçün təşəkkürümü bildirdim. Türkiyənin Ukraynanın #GrainFromUkraine təşəbbüsünə verdiyi dəstəyi qeyd etdim. Həmçinin gələcək fəaliyyat və taxıl dəhlizinin mümkün genişlənməsini müzakirə etdik”, – Ukrayna Prezidenti qeyd edib.

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv