!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan Ziyatdin Kassanovu təbrik etdi

!Reklam – Yazi

Türkiyə prezidenti sozçüsü İbrahim Kalın Dünya Axısxa Türkləri Birliyinin (DATÜB) sədri Ziyatdin Kassanova zəng edib.

Yenicag.az xəbər verir ki, İbrahim Kalın Kassanova yenidən DATÜB sədri seçilməsi münasibətilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təbriklərini çatdırıb.

Ərdoğan təbrik mətni:

“Hörmətli Ziyatdin Kassanov!

Türkiyə xaricində, daha 9 ölkədə təşkilatlanmış olan Dünya Ahıska Türkləri Birliyinə təkrar Başqan seçilməniz münasibəti ilə sizi, yeni Məclisi və yeni rəhbərliyi təbrik edirəm.

Vətən Axısxa davası yolunda həyata keçirdiyiniz beynəlxalq səviyyəli fəaliyyətinizdə, dövlət və millət olaraq, hər zaman olduğu kimi, bu gün də yanınızdayıq, hər zaman da yanınızda olmağa davam edəcəyik.

Dünyanın hər yerindəki Axısxa Türkü qardaşlarımızın birliyi, bərabərliy, həmrəyliyi yolunda göstərdiyiniz səyləri yaxından izləyirik.

Axısxa Türklərinin dəfələrlə məruz qaldığı sürgünlər səbəbiylə müxtəlif ölkələrdə və əsasən də çətin şərtlər altında sürdürmək məcburiyyətində qaldıqları həyatlarını asanlaşdıracaq hər addımı dəstəkləyirik.

Türkiyə gücləndikcə, Axısxa Türkü qardaşlarımız da əsirlik acılarını geridə buraxaraq, hədəflərinə addım-addım yaxınlaşacaqlar.

İnşallah, önümüzdəki dönəmdə birlikdə arzularımızın gerçəyə dönüşdüyünə şahidlik edəcəyik.

Dünya Ahıska Türkləri Birliyi Başqanlığı vəzifənizdə sizə və dostlarınıza uğurlar arzulayıram”.

Qeyd edək ki, bu gün Türkiyənin Antalya şəhərində Dünya Axısxa Türkləri Birliyinin (DATÜB) 4-cü Ümumi Yığıncağı (qurultay) öz işinə başlayıb. Qurultayda Ziyatdin Kassanov yenidən birliyin sədri seçilib.

www.yenicag.az

828
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv