!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ərdoğana “Dünya beşdən böyükdür” dedirdən əsas amil Türkiyənin intellektual yüksəlişidir” – MÖVQE

!Reklam – Yazi

“Türkiyə Rusiya-Ukrayna müharibəsi fonunda taxıl böhranının həllinə təkan verməklə öz nüfuzunu göstərdi”.

Bu fikirləri Türkiyədə mayın 18-də keçiriləcək prezident seçkilərinin ikinci turu ərəfəsində Rəcəb Tayyib Ərdoğanın nüfuzunun daha da artmasının səbəblərini dəyərləndirən professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Ərdoğanın uğurlu siyasətinin əsas istiqmətlərindən biri Türkiyədə intellektual səviyyənin artırılmasına yönəlik fəaliyyətidir:

“Bildiyiniz kimi, siyasi iddiası olan hər kəsin şəxsi və ictimai mənafeləri olur. Türkiyədəki prezident seçkilərinin iştirakçıları arasında müqayisə apardıqda, Ərdoğanın ictimai maraqları əsas götürdüyü qabarıq nəzərə çarpır. Təbii, hər bir insanın şəxsi maraqları da mövcuddur. Ancaq Ərdoğanın nümunəsində onları tərəziyə qoysaq, ictimai maraq xeyli ağır gələr.

Əvvəllər də demişəm, son yüz ildə Türkiyə dünya siyasətində subyekt yox, obyekt idi, nəinki qlobal, heç regional proseslərə də təsir göstərmək imkanında deyildi. Ancaq Ərdoğan dönəmində görülən nəhəng işlər sayəsində Türkiyə dünya siyasətində subyektə çevrilib. Uzağa getməyək, Türkiyə Rusiya-Ukrayna müharibəsi fonunda taxıl böhranının həllinə təkan verməklə öz nüfuzunu göstərdi.

Xatırlayırsınızsa, Ərdoğan yüksək kürsülərdən “Dünya beşdən böyükdür” mesajını verib. Ona bu həqiqəti dedirdən əsas amil Türkiyənin intellektual yüksəlişidir. Gəlin yada salaq, Ərdoğana qədər Türkiyədə cəmi 70 universitet vardı. Son iyirmi ildə universitetlərin sayı 200-ü keçdi, ölkənin intellektual səviyyəsi xeyli artdı.

Əvvəllər Türkiyədə Ümumi Daxili Məhsulun əsas hissəsini maddi məhsullar təşkil edirdi. İntellektual məhsulların həcmi isə beş faizdən çox deyildi. Türkiyənin intellektual yüksəlişi isə “Bayraktar” fenomenini yaratdı və bu zəmində inkişaf sürətlə davam etməkdədir. Ona görə də Ərdoğanın yenidən prezident seçiləcəyini Türkiyədə ictimai maraqların təntənəsi kimi görürəm”.

A.Zeynalov

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv