!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğana yeni müavin təyin edildi

!Reklam – Yazi

AK Partiyada sədr müavini və sədr köməkçiləri vəzifələrinə təyinatlar olub.

Yenicag.az xəbər verir ki, bununla bağlı Prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən AK Partiya Mərkəzi Qərar və İdarə Heyətinin (MKYK) toplantısında qərar verilib.

Təxminən 2 saat yarım davam edən iclasdan sonra partiyanın sədr müavini və sədr köməkçiləri təyinatları açıqlanıb.

AK Parti sədrinin müavini vəzifəsinə xarici əlaqələr üzrə sədr müavini Əfqan Ala təyin edilib.

Xarici Əlaqələr üzrə sədrin köməkçisi vəzifəsinə Zəfər Sırakaya, İnsan Hüquqları üzrə sədrin köməkçisi vəzifəsinə isə Mehmet Əli Zəngin təyin olunub.

Qeyd edək ki, AK Partiyanın böyük qurultayı sentyabr və ya oktyabrda keçiriləcək. Böyük qurultaydan sonra əyalət-rayon qurultayları baş tutacaq./Report/

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv