Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğandan ABŞ-dan alınan F-16-larla bağlı AÇIQLAMA

ABŞ Türkiyəyə F-35-lər üçün ödənilən pulun qarşılığında F-16 almasını təklif edib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anqolaya səfəri ərəfəsində jurnalistlərə açıqlamasında deyib.

“Türkiyə ABŞ-dan 40 ədəd F-16 alıb. Bu, açıq şəkildə F-35 məsələsi ilə bağlıdır. 1 milyard 400 milyon dollar ödədik. Bu ödənişlərə cavab olaraq ABŞ belə bir təklif etdi və biz dedik ki, ölkəmizin müdafiə ehtiyaclarını ödəmək üçün bütün lazımi addımları atmalıyıq. Qırıcı təyyarə donanmamızı hər zaman hazır və müasir bir vəziyyətə gətirmək üçün səylərimizi davam etdiririk. F-16-ları modernləşdirərək yenilərini alıb donanmamızı daha da inkişaf etdirməyə çalışırıq”, – prezident bildirib.

www.yenicag.az

202
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100