!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan ABŞ-yə “F-16-nı verin, İsveç NATO-ya daxil olsun” ÇAĞIRIŞI

!Reklam – Yazi

Türkiyə İsveçin NATO-ya daxil olmasına dair müraciətin təsdiqlənməsinə cavab olaraq “F-16” qırıcılarının tədarükü ilə bağlı ABŞ-nin qarşılıqlı münasibətinə ümid edir.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan deyib.

“Qoy ABŞ-dəki həmkarlarımız İsveçin NATO-ya üzvlüyünün Türkiyə Parlamentində baxılması ilə eyni vaxtda Türkiyəyə “F-16″ tədarükü məsələsini Konqresdən uğurla keçirsinlər. Gəlin bu addımları eyni vaxtda edək”, – deyə Türkiyə Prezidenti bildirib.

Qeyd edək ki, Türkiyə və Macarıstan istisna olmaqla, bütün NATO ölkələri artıq İsveçin Şimali Atlantika Alyansına qoşulmasını ratifikasiya edib. İsveç 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət edib./Trend/

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv