!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan DEMOKRATİYA ÖRNƏYİ: “Dövlətin bütün administrativ resursları əlində olsa da...” – REAKSİYA

!Reklam – Yazi

“Türkiyə iqtidarı demokratiya planında sadəcə, yerləşdiyi regiona deyil, bütün dünyaya nümunə göstərdi”.

Bu fikirləri Türkiyədə ötən gün keçirilmiş prezident və parlament seçkilərinin gedişatını və nəticələrini dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə hakimiyyətinin demokratiya imitasiyası etməməsi onun nüfuzunu xeyli artırıb:

“Türkiyədə dünən keçirilmiş seçkilər qardaş ölkədə demokratiyanın böyük təntənəsi sayıla bilər. Qeyd edim ki, seçki prosesinin gedişində istər Türkiyənin daxilində, istərsə də xaricində olan müəyyən qüvvələr seçkilərin nəticələrinə mümkün müdaxilə ilə bağlı narahatlıqlarını bildirirdilər.

Amma çox əlamətdardır ki, o gözləntilər özünü doğrultmadı. Bu da Türkiyə iqtidarının, şəxsən Rəcəb Tayyib Ərdoğanın demokratiyaya, onun öz sözləri ilə desək, milli iradəyə sayğısının göstəricisidir.

Mən seçkilərin nəticələrinə dair Türkiyədən və xaricdən verilən müxtəlif reaksiyalara baxıram. Onlar da seçkilərin demokratik keçirilməsinə, nəticələrə müdaxilə edilməməsinə və seçicilərin hüququna bu dərəcədə sayğı ilə yanaşılmasına yaxşı mənada xeyli təəccübləniblər.

Həqiqətən, dövlətin bütün administrativ resursları əlində olsa da, Ərdoğan seçkilərin qanun çərçivəsində keçirilməsini təmin etdi. Mənəvi yöndən yanaşsaq, o, nəticələrə haram qatılmasına imkan vermədi.

Etiraf edək ki, bu qətiyyət Ərdoğanın və onun idarə etdiyi hakimiyyətin nüfuzunu xeyli artırıb. Eyni zamanda Türkiyə iqtidarı demokratiya planında sadəcə, yerləşdiyi regiona deyil, bütün dünyaya nümunə göstərdi. İndi hər kəs inanır ki, prezident seçkilərinin ikinci turu da demokratiyanın təntənəsi şəraitində keçiriləcək”.

A.Zeynalov

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv