!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan Kılıçdaroğluna sərt CAVAB: "Azərbaycan-Türkiyə arasında yaratdığımız bu..." - VİDEO

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunun “İpək yolu” “layihə”sinə cavab verib.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Kılıçdaroğlunu cahil adlandıraraq, bu layihənin uzun illər öncəyə aid olduğunu bildirib:

“Bu layihə ilə bağlı iclas Çində təşkil edilmişdi. Ora da mən də iştirak etmişdim. “Bay-bay Kamal” bizə utanc yaşatmaq istəyir ki, azərbaycanlı qardaşlarımızı görməzdən gəlir… Azərbaycan-Türkiyə arasında yaratdığımız bu qardaşlığı heç kim poza bilməyəcək. Onun əlində olan xəritənin nə olduğunu bilmirəm, Amma biz Qars-Tiflis-Bakı dəmiryolu ilə Azərbaycan üzərindən İpək dəmiryolunu zatən inşa etmişik.  2 ildir bu xətt üzərindən Çinə yük qatarları göndəririk.

Biz Naxçıvanı, dolayısı ilə Türkiyəni Azərbaycana bağlayacaq Zəngəzur dəhlizinə böyük önəm veririk”.

“O, xarici siyasəti bilmir, qardaşlıq hüququ, bölgənin balansı, milli güvənlik, siyasət nədir heç bilmirlər. Və bizim illər öncə həyata keçirdiyimiz işləri layihə deyərək təqdim edirlər. Qardaşım İlham Əliyev çox gözəl ifadə etmişdi: “Azərbaycanı bu strateji layihədən kənarda qoymaq istəyənlərin arzuları ürəklərində qalacaq”. Azərbaycanla qardaşlığımıza xələl gətirəcək heç bir layihəyə miillətimiz izn verməz”, deyərək R.T.Ərdoğan qeyd edib.

www.yenicag.az

663
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv