Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ərdoğandan Mahmud Abbasa dəstək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fələstin dövlət başçısı Mahmud Abbas arasında telefon danışığı olub.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Ərdoğan səhhətində problemlə üzləşən fələstinli həmkarına şəfa arzulayıb. Daha sonra liderlər İslam Əməkdaşlıq Təşkilatının İstanbulda baş tutan zirvə toplantısı barədə müzakirə aparıblar. Türkiyə prezidenti hər zaman Fələstinə dəstək verəcəklərini söyləyib və dinc əhaliyə qarşı törədilmiş qətliamı sərt şəkildə pisləyib.

Qeyd edək ki, ABŞ-ın İsrail səfirliyini Qüdsə köçürməsi və bu hadisənin fonunda fələstinlilərə qarşı qırğınların törədilməsindən sonra Mahmud Abbas iki dəfə xəstəxanaya yerləşdirilib.

www.yenicag.az

811
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS