!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan Paşinyana XƏBƏRDARLIQ: “Bölgədə yeni nizam qurulur”

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra ilk İraq səfərindən vətənə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Yenicag.az xəbər verir ki, Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın son günlər ölkəsində reaksiyalara səbəb olan açıqlamalarını dəyərləndirib.

“Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda 1915-ci il hadisələrindən danışarkən “soyqırım” ifadəsini işlətməkdən çəkinib. Sadəcə, “Böyük Fəlakət” dedi. Bu, onu hakimiyyətə gətirən seçicilərin əksi, bölgədə normallaşma tələbi kimi şərh edilib. Eyni zamanda, Paşinyan Ağrı dağının təsvirini dövlət gerbinə salınmasını da tənqid edərək, bunun Türkiyə sərhədləri daxilində olduğunu deyib. Sülhün tərəfdarı kimi görünən bu münasibət barədə nə düşünürsünüz? Əgər Azərbaycanda, Türküstanda və Qafqazda o böyük inkişaf layihələrində Türkiyənin sülh tərəfdarı mövqeyi davam edərsə, Ermənistanın bu layihələrə daxil olması mümkündürmü?” sualına Türkiyə Prezidenti belə cavab verib:

“İndi bölgədə yeni nizam qurulur. Əsassız əzbərlənən sözləri bir kənara qoymağın vaxtı gəldi və keçib gedir. Gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələrlə hərəkət etməkdənsə, zamanın reallıqları ilə hərəkət etmək həmişə daha yaxşıdır. İndi Paşinyan da bunu başa düşür. Tarixçilər ilk növbədə tarixi prosesdə baş verənlərlə məşğul olurlar. Biz əvvəldən bu məsələ ilə bağlı çox açıq danışdıq və arxivimizi aça biləcəyimizi dedik və açdıq. İndi real əsasda yeni yol xəritələri yaratmağın vaxtıdır. Ümid edirəm ki, Ermənistan diasporun onları əsarətə saldığı zülmətdən xilas olacaq və parlaq gələcək üçün yeni başlanğıclar etmək yolunu seçəcək. Fürsət qapıları həmişə açıq qalmır. Açıq qaldığı halda, ondan yaxşı istifadə etmək lazımdır. Müşahidə etdiyiniz kimi, bu prosesdə təkcə diaspora deyil, bir çox təşviqatçılar da Ermənistana təsir etməyə çalışırlar. Biz bunlardan xəbərdarıq. Biz də vaxtaşırı xəbərdarlıqlar etdik. Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və yeni dövr başlayır”.

www.yenicag.az

94
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv