!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan Rusiyanın taxıl sazişini dayandırması ilə bağlı İLK ŞƏRH - VİDEO

!Reklam – Yazi

“Biz bundan sonra da bəşəriyyətə xidmət etməyə çalışacağıq”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın taxıl müqaviləsini dayandırması haqqında ilk dəfə açıqlama verərkən deyib.

Ərdoğan bildirib ki, hazırda dünyada qida böhranı yaşanır:

“İndi biz ərzaq böhranını yaşayırıq. Dünya buğda istehsalının üçdə biri Rusiya və Ukraynanın payına düşür. 9,3 milyon ton Ukrayna buğdasının dünya bazarına çıxmasına yardım edərək ərzaq böhranının nisbətən azalmasını təmin etdik.  Rusiya eyni imkanların özü üçün təmin edilməməsinə görə tərəddüd etsə də,  biz bəşəriyyətə xidmət etmək üçün səylərimizi əzmlə davam etdirəcəyik”.

Xatırladaq ki, Ukrayna limanlarından taxıl məhsullarının daşınması ilə bağlı saziş ötən il iyulun 22-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında imzalanmışdı. Müqavilənin qüvvəyə minməsi ilə bir çox taxıl gəmisi yola düşərək ərzaq böhranı yaşayan ölkələrə çatdırılmışdı.

Rusiya cəbhəsi oktyabrın 29-da taxıl gəmilərinin təhlükəsizliyini təmin edən rus gəmilərinə Britaniyanın dəstəklədiyi donanma tərəfindən hücuma məruz qaldığını iddia edərək, müqaviləni dayandırıb.

Rusiyanın bu addımından sonra dünən Türkiyə məsələyə müdaxilə etdi. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar problemin həlli üçün həm Rusiya, Ukrayna, həm də Birləşmiş Millətlər Təşkilatı ilə intensiv görüş keçirib. Nazir Akarın görüşləri qısa müddətdə müsbət nəticə verib.

BMT, Ukrayna, Türkiyə və BMT nümayəndə heyətləri taxıl dəhlizi çərçivəsində oktyabrın 31-də 14 gəminin hərəkət planı və 40 gəminin yoxlanılması ilə bağlı razılığa gəldiklərini açıqlayıblar. Açıqlamada hər iki planla bağlı Rusiya nümayəndə heyətinə məlumat verildiyi bildirilib.

www.yenicag.az

353
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv