!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan təhdid dolu AÇIQLAMA: "Türkiyəni diz çökdürəcəklərini düşünənlərə yeni kabuslar yaşadacağıq"

!Reklam – Yazi

“İraqla sərhədimizin təhlükəsizliyini təmin edəcək dairəni tamamlamaq üzrəyik. İnşallah, bu yay İraqla sərhədlərimizlə bağlı məsələni qalıcı olaraq həll edəcəyik. Bölgədəki hər kəsi özlərinə də açıq şəkildə dediyimiz təhlükəsizlik strategiyamıza hörmət etməyə çağırırıq. Əks təqdirdə, yaranacaq gərginliyin səbəbi özləri olacaqlar”.

Yenicag.az-ın yerli bürosu xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra verdiyi açıqlamada deyib.

“Türkiyəni cənub sərhədləri boyunca quracaqları “terroristan”la diz çökdürəcəklərini düşünənlərə yeni kabuslar yaşadacaq hazırlıqlarımız var. Ölkəmizin və millətimizin terrorla mübarizədəki qətiyyətini hələ də anlamayanlara bu həqiqəti qəbul etdirənə qədər var gücümüzlə çalışacağıq”, – Türkiyə lideri vurğulayıb.

 

 

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv