!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan Yunanıstana SƏRT SÖZLƏR: "Bir əsr öncə olduğu kimi..."

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan sərt xəbərdarlıq edib.

Yenicag.az xəbər verir ki, sosial media hesabında paylaşım edən Ərdoğan Yunanıstanın Türkiyənin səbrini və soyuqqanlılığını yanlış anladığını bildirib.

Prezident qeyd edib ki, təxribatçı hərəkətlər davam edəcəyi təqdirdə, beynəlxalq anlaşmalar çərçivəsində məsələ həll ediləcək:

“Yunanıstanı eynilə bir əsr öncə olduğu kimi peşmanlıqla nəticələnəcək xəyallardan, ifadələrdən və davranışlardan uzaq durması, ağlını başına alması ilə bağlı təkrar xəbərdar edirik.

Türkiyə Egeydəki haqlarından vaz keçməyəcəyi kimi, adaların silahlandırılması məsələsində beynəlxalq anlaşmaların özünə tanıdığı hüquqları lazım gəldiyində istifadə etmədən çəkinməyəcək”.

www.yenicag.az

517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv