!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın açıqladığı SEÇKİ BƏYANNAMƏSİ: “Baş tutmaz” deyilən nə varsa, hamısını gerçəkləşdirdik”

!Reklam – Yazi

Türkiyə Prezidenti və hakim AKP-nin lideri Rəcəb Tayyib Ərdoğan Seçki Bəyannaməsini açıqlayır.

Yenicag.az xəbər verir ki, Türkiyə kanallarında canlı yayınlanan AKP-nin Seçki Bəyannaməsi ilə millət vəkili namizədlərinin təqdimat mərasimi “Ankara Arena”da keçirilir.

Mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onun rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı işlər və perspektiv layihələr haqqında danışır.

Rəhbəri olduğu AKP-nin 20 illik iqtidarı dövründə Türkiyənin inanılmaz dərəcədə dəyişdiyini vurğulayan Ərdoğan hakim partiyanın analoqsuzluğunu diqqətə çatdırıb:

“12 milyon üzvü olan partiya nə Türkiyədə var, nə də dünyada. Biz sadəcə, partiya deyil, dava, vicdan və görüş hərəkatıyıq. Qədim kodlarımız bizi digərlərindən fərqləndirir. AKP tək dünənin və bu günün yox, gələcəyin partiyasıdır. “Baş tutmaz” deyilən nə varsa, hamısını gerçəkləşdirdik.

Bəziləri 2023-cü il hədəflərimizə də dodaq büzmüşdülər. Qarşıdakı dönəmdə ölkəmizi və millətimizi dünyada layiq olduğu yerə gətirəcəyik. Artıq daha geniş üfüqlərə yelkən açırıq”.

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv