Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğanın Azərbaycan SƏFƏRİ: "O, türk və müsəlman dünyasının hamisidir"

Reklam: High Technic

“İlham Əliyev mesaj verir ki, qələbə əldə etmişəm, yeni qələbələr də olacaq”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfəri və səfərdən verilən mesajları Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadə bildirib ki, Ərdoğanın səfəri həm də Türkiyə cəmiyyətinə hesablanıb:

“Ərdoğan Türkiyə ictimaiyyətinə göstərmək istəyir ki, o, türk dünyasının, müsəlman dünyasının hamisidir. Böyük uğurları var. Qarabağda böyük uğur qazanıb və gələcəkdə daha böyük uğurlar da qazanacaq. Ərdoğan Türkiyədə siyasi mövqeyini möhkəmləndirmək istəyir.

İlham Əliyevin də məqsədi bəllidir: Qələbəsini möhkəmləndirmək. Camaata, xalqa göstərir ki, indiki qələbələrdən sonra gələcək qələbələr də gələcək.

Bölgə üçün mesaj budur ki, 44 günlük müharibədən sonra regionda vəziyyəti sabitləşdirmək lazımdır. Rusiya ilə Türkiyə arasında müəyyən razılaşmalar var. Bu razılaşmaları həyata keçirmək üçün isə Ermənistan və Azərbaycan rəhbərliyi lazımı addımları atmağa hazırlaşır”.

Səxavət Məmməd

www.yenicag.az

313
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100