!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın gerçəkləşən “MARŞAL” PLANI: Xəlifə Həftər Liviya hökumətinin ayağına gəldi – ŞƏRH

!Reklam – Yazi

“Onun Tripoliyə gəlişi özlüyündə çox müsbət haldır və Liviyada sülhün bərqərar olmasına ciddi ümidlər yaradır”.

Bu fikirləri Liviyanın legitim hökumətinə savaş elan edən marşal Xəlifə Həftərin danışıqlar aparmaq üçün paytaxt Tripoliyə gəlişini şərh edən professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Həftərin Tripoliyə gəlməsi ümumi normallaşma baxımından müsbət hal olsa da, nəticə barəsində indidən danışmaq hələ tezdir:

“Məsələyə obyektiv yanaşsaq, bu prosesdə Türkiyənin oynadığı son dərəcə mühüm rol mütləq qeyd olunmalıdır. Bildiyiniz kimi, Ankara hələ lap əvvəldən Liviyada BMT-nin tanıdığı hökuməti qəbul etdi və onunla sıx əməkdaşlıq qurdu. Eyni zamanda, Liviya hökumətinin kənar təsirlər qarşısında özünü qoruyub saxlamasında da Türkiyənin dəstəyi əvəzsizdir.

Digər tərəfdən, Türkiyə ilə Liviyanın leqal hökuməti arasında əməkdaşlığın dərinləşdirilməsi hər iki ölkənin qarşılıqlı faydasına yönəldiyi üçün çox dayanıqlıdır. Amma təəssüf ki, bir sıra məlum ölkələrdən hərtərəfli dəstək alan Xəlifə Həftər Liviya hökumətinə qarşı qiyam qaldırdı və bununla da ölkədə sabitliyin yaranmasına xeyli mane oldu. Bununla belə, aldığı dəstəyə rəğmən, uğur qazana bilməyən Həftər yekunda Tripoliyə gələrək hökumətlə danışıqlar aparmaq məcburiyyətində qaldı. Sözsüz ki, bu hadisə özlüyündə çox müsbətdir və Liviyada sülhün bərqərar olmasına ciddi ümidlər yaradır. Bu səfər ölkədə ümumi normallaşma baxımından pozitiv qiymətləndirilsə də, nəticə barəsində indidən danışmaq hələ tezdir. Qarşıdakı günlərdə danışıqların necə yekunlaşacağını birlikdə görəcəyik”.

A.Zeynalov

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv