!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın hərbi baza ehtimalına REAKSİYA: "Bununla bağlı gözləntilər var" - Sahib Kərimli

!Reklam – Yazi

“Tərəflərin məqsədi Azərbaycan ərazisində Türkiyə hərbi bazalarının yerləşdirilməsi istiqamətində münasibətləri inkişaf etdirməkdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda hərbi baza yerləşdirilməsini istisna etmədiyi ilə bağlı sözlərinə münasibət bildirən siyasətçi Sahib Kərimli səsləndirib.

Sahib Kərimli cəmiyyətin gözləntisinin Azərbaycan ərazisində türk hərbi bazalarının qurulması yönündə olduğunu qeyd edib:

“Azərbaycanla Türkiyə arasında hərbi yardımla bağlı bu günə qədər bir sıra sazişlər imzalanıb. Amma onlar açıq hərbi müttəfiqliyi və Azərbaycan ərazisində Türkiyə hərbi bazalarının qurulması detallarının yer aldığı sazişlər olmayıb. Şuşa Bəyannaməsi tərəflərə aydın hüquqi öhdəliklər qoymasa da, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin bəyanatı birlikdə səsləndirməsi o anlama gəlməlidir ki, tərəflərin məqsədi həm də Azərbaycan ərazisində Türkiyə hərbi bazalarının yerləşdirilməsi istiqamətində münasibətləri inkişaf etdirməkdir.

Müharibə dövründə Azərbaycan ərazisində Türkiyənin F-16-ları, hərbi mütəxəssisləri vardı. Bu mütəxəssislər azərbaycanlı məsləkdaşlarını yetişdirirdi. Bu gün davamlı olaraq birgə hərbi təlimlər həyata keçirilir. Bu mənada, bütün dünyanın və cəmiyyətin gözlədiyi də odur ki, Azərbaycanda Türkiyə hərbi bazası yerləşdirilsin”.

Aqil Bəkir

www.yenicag.az

819
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv