!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın iştirakı ilə mükafatlandırma MƏRASİMİ: Tədbirə Azərbaycandan Aqil Ələsgər qatıldı – FOTO / VİDEO

!Reklam – Yazi

Yanvarın 5-də Türkiyə Prezident Sarayında Anadolu Yayımçılar Dərnəyinin (AYD) tərtib etdiyi “7-ci Anadolu Media Mükafatları”nın təqdimetmə mərasimi keçirilib.

Yenicag.az-ın Türkiyə bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın iştirakı ilə keçirilən tədbirdə çıxış edən ölkə başçısı yerli medianın inkişafında AYD-nin oynadığı roldan bəhs edərək 320 mətbuat orqanını bir araya toplayan qurumun hər il daha da yüksəlməsindən duyduğu məmnuniyyəti dilə gətirib.

Yerli medianın önəminə diqqət çəkən Ərdoğan, “Biz də sizlərin təsir gücünüzü daha da artırmaq və mediamızdakı fərqli səsləri çoxaltmaq üçün yerli qurumlarımıza dəstək verdik”, – deyə qeyd edib.

AYD sədri Sinan Burhan çıxışında yerli mediaya verdikləri dəstəyə görə Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib, qurumun gördüyü işlər haqqında bilgi verib. Sinan Burhan AYD-nin türk cümhuriyyətlərinin media quruluşları ilə ortaq həyata keçirdiyi layihələrdən söz açaraq “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə baş tutmuş işğaldan azad edilmiş Şuşa şəhərinə səfərlərini xatırladıb.

Rəsmi çıxışlardan sonra mükafatların təqdimetmə mərasimi keçirilib. Mükafatlar sahiblərinə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim olunub.

Onu da qeyd edək ki, mərasimdə Azərbaycanı Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər təmsil edib.

Xatırladaq ki, “Yeni Çağ” Media Qrupu Anadolu Yayımçılar Dərnəyinin Azərbaycandakı tərəfdaşıdır.

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv