!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın korteji Hamburqda saxlanıldı- FOTOLAR

!Reklam – Yazi

Tikintinin üzərinə çıxan şübhəli şəxs alman polisini hərəkətə keçirib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın korteji təhlükəsizliyin təmin edilməsi üçün 10 dəqiqə dayandırılıb. Hamburq şəhərində bu gün başlayan G20 zirvəsinə qatılmaq üçün Almaniyaya rəsmi səfər edən Ərdoğan görüş məkanına getdiyi zaman şübhəli bir şəxs tikintinin üzərinə çıxıb. Şübhəli şəxs polislər tərəfindən çıxdığı yerdən endirilib. Alman polisi snayperlər və helikopterlərlə təhlükəsizliyi təmin etməyə çalışıb. Daha sonra isə prezident G20 sammitinin keçirildiyi məkana yola düşüb.

Qeyd edək ki, şübhəlinin üstündə heç bir silah növu aşkarlanmayıb, polis bölməsinə aparılan şəxsin böyük bir ehtimalla telefonla şəkil çəkmək istəyən adi bir vətəndaş olduğu güman edilir.

Hadisə ilə bağlı istintaq davam edir.

Yenicag.az

www.yenicag.az

1077
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv