!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın Naxçıvanda açdığı YENİ ÜFÜQ: “İrandan qaz nəqlinin məhdudlaşması ilə...” – Millət vəkili

!Reklam – Yazi

“Türkiyədən Naxçıvana qaz tədarükü təchizatı şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq”.

Bu fikirləri Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə sentyabrın 25-də İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulmasını Yenicag.az-a şərh edən Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

 

Millət vəkilinin sözlərinə görə, illik 500 milyon kubmetr qaz nəqli potensialına malik bu layihənin həyata keçirilməsi ilə Naxçıvanın qaz təminatı etibarlı şəkildə təmin olunacaq:

“Ümumiyyətlə, xatırlatmaq istərdim ki, “Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsi ilə Türkiyə bazarına daxil olan Azərbaycan qazının həcminin artması nəticəsində Naxçıvanın Türkiyə ilə həmsərhəd bölgələrinə də təbii qazın verilməsi nəzərdə tutulmuşdu. iki qardaş ölkə arasında bu istiqamətdə aparılan müzakirələrdən sonra 2020-ci il dekabrında İğdır-Naxçıvan qaz kəməri ilə bağlı anlaşma memorandumu imzalandı. Eyni zamanda, Türkiyə dövlət başçısının Bakıya bu ilin fevralında baş tutan səfəri zamanı Prezident İlham Əlyevlə İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi məsələsi də müzakirə olundu. Danışıqlara uyğun olaraq, iyunda qaz xəttinin çəkilişi ilə əlaqədar məsələlərin hüquqi çərçivəsi müəyyənləşdi və artıq boru kəmərinin çəkilişinə başlanıldı”.

Millət vəkili qeyd edib ki, hazırda Muxtar Respublikanın təbii qaz tələbatı İranla 2004-cü ildə imzalanmış svop müqaviləsi əsasında ödənilir:

“Hazırda Naxçıvana qaz İrandan verilir. Azərbaycan bu yanacağı İrana Astara vasitəsilə ötürməklə barter edir. Başqa sözlə, İrandan Naxçıvana qaz bu tranzit əlaqələndirməsi vasitəsilə nəql olunur. Qarşıdakı planda isə Naxçıvana Türkiyədən çəkilən qaz kəməri vasitəsilə yanacağın verilməsi gündəmdədir. Bunun səbəbi Azərbaycanın birbaşa özünün milli enerji konsepsiyasının hədəflərinə uyğun olaraq daha təhlükəsiz, etibarlı və rentabelli qaz nəqli siyasəti həyata keçirməsi ilə bağlıdır.

Bu kəmərin çəkilişi İrandan Naxçıvana qaz nəqlini məhdudlaşdıracaq. Lakin bu, İran və Azərbaycan arasında təbii qaz sahəsində əməkdaşlığın dayandırılması anlamına gəlmir. Hər iki ölkə birgə qaz xətti üzrə bölgədə enerjinin şaxələndirilməsində yaxından iştirak edəcək. Türkiyədən Naxçıvana qaz tədarükü isə qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla, artan enerji tələbatını tam təmin edə biləcək.

Nəzərdə tutulan kəmərin buraxılış gücü sutkada 1,5 milyon kubmetr təşkil edəcək. Layihə çərçivəsində Dilucu məntəqəsində qazpaylayıcı stansiya tikilib və bu stansiya 20 min kvadrat metr sahəni əhatə edəcək. İllik 500 milyon kubmetr qaz nəqli potensialına malik bu layihənin həyata keçirilməsi ilə Naxçıvanın qaz təminatı etibarlı şəkildə təmin olunacaq”.

A.Zeynalov

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv