!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın “pis” və “çox pis” variant arasında SEÇİMİ: “Faiz dərəcəsinin artırılması ilə...” – ŞƏRH

!Reklam – Yazi

“Mərkəzi Bank prezidentin istəmədiyi addımları atacaqsa, bu bazarda müsbət qarşılana və lirənin sabitləşməsinə təkan verə bilər”.

Bu fikirləri Türkiyə hökumətinin iqtisadi blokuna yeni təyinatların və verilən müsajların bazara ilkin təsirini dəyərləndirən ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Türkiyədə “pis” və “çox pis” variant arasında seçim etmək zərurəti yaranıb:

“Əsas vəzifələrə kimin təyin edilməsindən asılı olmayaraq, hətta Nobel laureatları olsa belə, Türkiyə iqtisadiyyatında və lirənin məzənnəsində qısa müddət ərzində sabitlik yaratmaq mümkün deyil. Yəni bu böhranın həlli üçün sehrli formul yoxdur.

Sadəcə, ABŞ-da təhsil alan və o ölkənin banklarında çalışan, Qərb bank sistemini yaxşı bilən bir şəxsin Mərkəzi Banka sədr təyin olunması ilə bazara belə bir mesaj verildi ki, bu qurum əvvəllər olduğu kimi, müstəqil qərarvermə mexanizminə geri dönə bilər. Bu əslində, pozitiv mesajdır.

İndi hamı Mərkəzi Bankın yaxın günlərdə keçiriləcək iclasında qəbul olunacaq qərarı gözləyir. Çünki o toplantıda kəskin faiz artımının gündəmə gələcəyi çox realdır. Əgər uçot dərəcəsinin kəskin artımı haqqında qərar veriləcəksə, bazarın buna reaksiyası müsbət olacaq. Ona görə ki, bilindiyi qədər, Türkiyə prezidenti faiz artımına qarşıdır. Əksinə, o, hər dəfə faizin daha çox aşağı salınmasının və iqtisadiyyatın aşağı faizlərlə əlavə qaynaqlara, kreditlərə çıxış əldə etməsinin tərəfdarıdır. Onun yürütdüyü siyasət və Mərkəzi Bankın son vaxtlar atdlğı addımlar da bu istiqamətdə idi.

Yeni dönəmdə bu siyasətə yenidən baxılacaqsa, yəni Mərkəzi Bank prezidentin istəmədiyi addımları atacaqsa, bu bazarda müsbət qarşılana və lirənin sabitləşməsinə təkan verə bilər. Amma Mərkəzi Bankın hansı qərarı qəbul edəcəyi yalnız gözlənilən toplantıdan sonra bilinəcək.

Onu da deyim ki, faizlərin artımı başqa problemlərə yol açır. Hər halda, məlum zəlzələdən sonra Türkiyə iqtisadiyyatında aktivləşməyə ciddi ehtiyac var.

Ölkənin on vilayətində şəhərlər, kəndlər dağılıb, onların bərpası yönündə təxirəsalınmaz işlər görülməlidir və bunun üçün iqtisadi aktivik yaranmalıdır. Lakin yüksək faizlər iş fəallığının qarşısını alır və ölkə iqtisadiyyatı daralmağa başlayır. Bu səbəbdən, Türkiyədə “pis” və “çox pis” variant arasında seçim etmək zərurəti yaranıb. Bütün hallarda hansı qərar qəbul edilirsə-edilsin, iqtisadiyyatda sabitliyin yaradılmasına kifayət qədər vaxt lazım olacaq”.

A.Zeynalov

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv