!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın səhhəti ilə bağlı qeyri-müəyyənlik: Putinlə açılış mərasiminə qatılacaq?

!Reklam – Yazi

Aprelin 25-də qatıldığı televiziya proqramında səhhəti pisləşən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sağlamlıq durumu ilə bağlı qeyri-müəyyənlik hələ də qalır.

Yenicag.az xəbər verir ki, sosial media hesabından həkimlərin məsləhətinə uyğun olaraq istirahət edəcəyini və seçki kampaniyası ilə bağlı gedəcəyi şəhərlərdəki mitinqlərə qatılmayacağını elan edən Ərdoğanın narahatlığının nə olması ilə bağlı açıqlama verilməyib.

“OdaTV”nin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin və Ərdoğan aprelin 27-də baş tutacaq “Akkuyu” Atom Elektrik Stansiyasına nüvə yanacağının çatdırılması mərasiminə də videokonfrans vasitəsilə qatılacaqlar.

Bundan başqa, ölkə başçısının 4 telekanalla ortaq yayımı da ləğv edilib.

www.yenicag.az

292
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv