!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın UĞURU: “Həm Qərb, həm də Rusiya tərəfindən qəbul olunan Türkiyə” - MÖVQE

!Reklam – Yazi

“Türkiyənin Qara Dəniz bölgəsinin aparıcı ölkəsi kimi regionda barışığa və taxıl anlaşmasının davam etdirilməsinə nail olması mümkün olacaq”.

Bu sözləri Rusiya və Ukrayna arasındakı “Taxıl Müqaviləsi”ni Türkiyənin səyləri nəticəsində yenidən canlandırılması ehtimalını dəyərləndirən siyasi ekspert Vüqar Əhmədov Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, Türkiyənin Qara Dəniz bölgəsinin aparıcı ölkəsi kimi regionda barışığa və taxıl anlaşmasının davam etdirilməsinə nail olması mümkün olacaq:

“Əlbəttə ki, Rusiya ilə Ukrayna arasında yaşanan son gərginlik, xüsusən, Krım körpüsünun yenidən vurulması fonunda Moskva daha sərt addımlara əl atdı. Bu addım bir növ kollektiv Qərbi, BMT-ni yenidən hərəkətə gətirərək həyati əhəmiyyət daşıyan və taxıl təhcizatının dayandırılmasının yolverilməz olduğunu bildirən bəyanatlar verməsinə səbəb oldu. \

Təbii ki, Rusiya bu bəyanatları qəbul edən deyil, çünki Rusiya üçün Krım körpüsü də həyatı əhəmiyyət kəsb edir və belə vəziyyətdə Rusiyanı bir müddət yola gətirmək çətin görünür. Bununla Rusiya qarşılıqlı mesaj verməyə çalışır ki, mənim strateji yolumu kəsərsinizsə, mən də bu yollara əl atacam.

Lakin burada bir məsələ var, Qara dəniz bölgəsi hər zaman siyasi və iqtisadi mübarizə meydanı olub, Qərblə Rusiya burada hər zaman maraq mübarizəsində olub.

Bu gün Rusiya ilə Ukrayna arasında şiddətli döyüşlər getməsinə baxmayaraq, məhz Türkiyənin səyləri nəticəsində Qara dəniz bölgəsi sülh və əməkdaşlıq bölgəsinə çevrilib. Çünki Qara dəniz bölgəsində Rusiya nə qədər çalışsa da, digər bölgələrdəki kimi hegemonluğu ələ ala bilməyib.

Düşünürəm ki, Türkiyənin Qara Dəniz bölgəsinin aparıcı ölkəsi kimi regionda barışığa və taxıl anlaşmasının davam etdirilməsinə nail olması mümkün olacaq. Əlbəttə ki, burada Rusiyanın da Qərbdən gözləntiləri var və həm Qərb, həm də Rusiya tərəfindən qəbul olunan Türkiyə bu prosesdə həlledici rol oynaya bilər.

İndi Rusiya üçün kritik bir məqamdır, ona görə dünya üçün strateji məsələ olan Taxıl Sazişindən təzyiq vasitəsi kimi istifadə edir. İstənilən halda Qara Dəniz yeni hərbi qarşıdurmalar deyil, anlaşma və barışıq məkanı olmalıdır, Qərb də, Türkiyə də bu istiqamətdə səylərini artırmalıdır”.

Yusif Səmədzadə

www.yenicag.az

421
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv