!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın Ukrayna səfəri: "Müharibəni önləmək çətin olacaq" - Politoloq

!Reklam – Yazi

“Hansısa dövlətin ərazi bütövlüyünə xələl gətirilirsə, biz o siyasəti dəstəkləyə bilmərik”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu həftə baş tutacaq Ukrayna səfərinin mümkün nəticəsi barədə danışarkən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şahinoğlu bildirib ki, Ukrayna ilə Rusiya arasında fikir ayrılıqlarının dərinliyi vasitəçilik missiyasını da çətinləşdirir:

“Bunu çox vacib səfər hesab edirəm. Azərbaycan Prezidenti İlham Əliyev də çox mürəkkəb dövrdə Ukraynaya səfər etdi. Hamının müharibədən danışdığı bir dönəmdə İlham Əliyevin bu səfəri də faydalı idi. Eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gerçəkləşəcək səfəri də önəmlidir. Müharibə Türkiyənin də maraqlarına cavab vermir. Rusiya ilə ortaq layihələr var, münasibətlər yaxşıdır, amma Ukrayna da Türkiyənin tərəfdaşıdır. Ərdoğan Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bildirib.

Ərdoğan bu yaxınlarda vasitəçilik təklifini irəli sürdü ki, Rusiya ilə Ukrayna prezidentləri Ankarada danışıqlar aparsınlar və müharibənin qarşısını almaq mümkün olsun. Düzdür, bunun çətin olduğunu düşünürəm. Əlbəttə, iki lideri Türkiyədə görüşə razı salmaq olar, ancaq müharibəni önləmək çətin olacaq. Çünki fikir ayrılıqları çox dərindir. Buna baxmayaraq, Türkiyənin təşəbbüsü alqışlanasıdır. Ərdoğan Kiyevdə bu məsələləri müzakirə edəcək. Ukrayna Türkiyədən daha çox hərbi texnika və “Bayraktar” almaq istəyir. Ərdoğan Zelenski ilə artıq neçənci dəfədir görüşür.

Ukrayna, əslində, Qərbdən dəstək gözləyir, ancaq real dəstəyi Ərdoğan verir. Türkiyə, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və intensiv fikir mübadiləsi aparırlar. İlham Əliyev Kiyevdən döndükdən sonra Zelenski ilə telefonla danışaraq ad günü münasibətilə bağlı təbrik də etdi. Biz hansısa dövlətlə münasibəti inkişaf etdiririksə, əsas prinsipimiz ərazi bütövlüyüdür. Hansısa dövlətin ərazi bütövlüyünə xələl gətirilirsə, biz o siyasəti dəstəkləyə bilmərik”.

Aqil Bəkir

www.yenicag.az

409
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv