!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ərdoğanla belə razılığa gəldik ki..." - Boris Conson

!Reklam – Yazi

Böyük Britaniyanın Baş naziri Türkiyə Prezidenti ilə əldə olunmuş razılaşmanın detallarını açıqlayıb.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Boris Conson bu barədə NATO sammitindən sonra keçirilmiş brifinqdə danışıb.

Conson sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynaya hərbi yardım göstərilməsinə dair detalara da toxunub:

“Ərdoğanla belə razılığa gəldik ki, Böyük Britaniya Ukraynaya Mariupol şəhərini müntəzəm atəşə tutan Rusiyanın uzaqvuran ağır artilleriyasını məhv etmək üçün komplekslər verəcək. O silahlarla uzaq məsafədən Rusiyanın hərbi gəmilərini də məhv etmək mümkün olacaq.

Türkiyə öz növbəsində Ukraynaya daha bir partiya “Bayraktar” PUA-ları, həmçinin uzaqvuran ağır artilleriya qurğularını daşıya bilən güclü qoşqu maşınları çatdıracaq”.

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv