!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanla Lukaşenko Ukrayna-Rusiya məsələsini müzakirə etdi

!Reklam – Yazi

Belarus və Türkiyə Prezidentləri Aleksandr Lukaşenko və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Yenicag.az-ın məlumatına görə, bu barədə Belarus prezidentinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, söhbətin əsas mövzusu Avropanın mərkəzində baş verən hadisələr və bununla bağlı müharibə və sülh məsələləri olub.

“Belarus və Türkiyə liderləri ətraflı şəkildə Ukraynadakı münaqişəni, həmçinin fevralın 28-də Belarusda keçirilən Rusiya-Ukrayna danışıqlarını və sülh prosesinin təşviqinə diqqəti müzakirə ediblər.

Türkiyə Prezidenti Ukraynadakı münaqişənin həllinə hər cür töhfə verməyə hazır olduğunu bəyan edib, Aleksandr Lukaşenko da öz növbəsində qeyd edib ki, bu mövqe Belarus mövqeyi ilə tamamilə üst-üstə düşür.

Bundan əlavə, bir saatdan çox davam edən söhbətdə vaxtın əhəmiyyətli hissəsi Qərbin Belarus və Rusiyaya qarşı sanksiyalar siyasəti məsələlərinə həsr olunub”, – deyə açıqlamada deyilir.

www.yenicag.az

644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv