!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanla Putin arasında telefon danışığı oldu - Bu məsələlər müzakirə edildi

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Bu barədə Yenicag.az-ın yerli bürosuna Türkiyə Prezidentinin Administrasiyasının Kommunikasiya İdarəsindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı Rusiya il ə Ukrayna arasındakı müharibədəki son vəziyyət müzakirə edilib. Həmçinin taxıl dəhlizi və ammonyak ixracı məsələləri də əsas müzakirə mövzularından olub.

Telefon danışığı zamanı Rusiya taxılının Türkiyədə una çevrilərək ehtiyacı olan Afrika ölkələrinə göndərilməsi layihəsində konkret addımların atılmasının vacibliyi vurğulanıb.

Ərdoğan Türkiyənin Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olması üçün yardım və vasitəçilik vəzifəsini üzərinə götürməyə hazır olduğunu bir daha vurğulayıb.

Natiq Çıraqzadə

www.yenicag.az

348
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv