!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanla Putin telefonda danışdı: Türkiyə təklifini təkrarladı

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Rusiya-Ukrayna savaşındakı son durum müzakirə edilib, Türkiyə-Rusiya münasibətləri haqqında fikir mübadiləsi aparılıb.

Ərdoğan rusiyalı həmkarına Ukrayna ilə aparılan müzakirələrdə önəmli addım olan İstanbul prosesinin davam etdirilməsini təklif edib.

Ərdoğan Putinə Türkiyənin dayanıqlı sülhün təmin edilməsi üçün çalışacağını da bildirib.

www.yenicag.az

461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv