!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tehranda üçtərəfli sammit başa çatdı - VİDEO

!Reklam – Yazi

Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü başa çatıb.

Görüşün sonunda birgə bəyannamə qəbul olunub.

Bəyannaməyə əsasən, Rusiya, İran və Türkiyə Suriyaya qarşı bütün birtərəfli sanksiyaları rədd edir.

Həmçinin İran və Türkiyə liderləri Putinin dəvəti ilə növbəti üçtərəfli sammitin Rusiyada keçirilməsinə razılıq veriblər.

***

Türkiyə, İran və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, İbrahim Rəisi və Vladimir Putinin iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü başlayıb.

Sammit Tehrandakı Beynəlxalq Konqres Mərkəzində keçirilir.

Rusiya, İran və Türkiyə Prezidentlərinin görüşünün hələ 2020-ci ildə Tehranda keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən tədbir bir neçə dəfə təxirə salınmışdı.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilir.

Yenicag.az xəbər verir ki, prezidentlər Tehranda keçiriləcək üçtərəfli sammitdən öncə bir araya gəliblər.

Liderlər görüş zamanı qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

 

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv