!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərəb dünyasının Bəşər Əsədi REABİLİTASİYA CƏHDİ: “Dünyada baş verəcək ciddi təlatümlər...” – ŞƏRH

!Reklam – Yazi

“Rusiya-Ukrayna müharibəsinin yekunlaşması ilə böyük güclərin fərdi maraqları yenə də ön plana çıxacaq””.

Bu fikirləri bir sıra ərəb dövlətlərinin Suriyaya yönəlik təcrid siyasətlərini aradan qaldırmaq cəhdlərinin səbəblərini şərh edən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, cərəyan edən qlobal siyasi proseslər fonunda bu təşəbbüslər müvəqqəti xarakter daşıyır:

“Həqiqətən də, hazırda o regionda çox maraqlı proseslər gedir. Ancaq hesab edirəm ki, Suriyanın ərəb birliyinə qaytarılmasına və oradakı rejimin rəhbəri Bəşər Əsədin reabilitasiyasına yönəlik cəhdlər müvəqqəti xarakter daşıyır.

Fikrimcə, Rusiya-Ukrayna müharibəsi və onun nəticəsində baş verəcək ciddi təlatümlər ABŞ-ni, həmçinin digər qlobal oyunçularını dünyanın başqa regionlarında müvəqqəti də olsa, “sabitliyin” yaradılmasına sövq edir.

Aydındır ki, qlobal oyunçuların da hər birinin ayrı-ayrılıqda öz maraqları var. Amerika və Avropa sülh şəraitində fərqli siyasət yürüdə bilərlər, lakin mövcud geosiyasi proseslər fonunda bu tərəflər vahid cəbhədə qərarlaşıblar.

Ona görə də adları çəkilən güclərin fərqli maraqları olsa belə, hələ ki başqa regionlarda açıq, ya da gizli qarşıdurmaya getməməkdə qərarlıdırlar. Lakin Rusiya-Ukrayna müharibəsinin yekunlaşması ilə böyük güclərin fərdi maraqları yenə də ön plana çıxacaq”.

A.Zeynalov

www.yenicag.az

435
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv