!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərəb həmrəylini pozan SÜLALƏ MARAQLARI: “Xalqın qətiyyətli mövqe tələbinə baxmayaraq...”

!Reklam – Yazi

“Onlar İsrailə qarşı hər hansı addım ataraq ABŞ-la münasibətlərinin zərər görməsini istəmirlər”.

Bu fikirləri Ərəb Dövlətləri Liqasının (ƏDL) Sammitində İsrailə qarşı neft embarqosunun tətbiqi və diplomatik münasibətlərin kəsilməsi təkliflərinin dəstək qazanmamasının səbəblərini dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bəhs olunan təklifin dəyərləndirilməməsi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Mərakeş və başqa monarxik dövlətlərin maraqlarından qaynaqlanır:

“İsrailin Qəzza zolağında həyata keçirdiyi və daha çox dinc əhalinin ziyan çəkdiyi hərbi əməliyyatlar bütün dünyada ciddi etirazlara səbəb olub. Bu çərçivədə əlbəttə ki ilk növbədə ərəb dövlətlərinin və onların əhalisinin mövqeyi öz sərtliyi ilə seçilməli idi.

Amma göründüyü qədər, ərəb dövlətlərinin İsrail əməliyyatlarına reaksiyası sözdən o yana keçmir. Yəni xalqın daha qətiyyətli mövqe tutmasına baxmayaraq, ərəb dövlətlərinin, əsasən də, monarxik rejimlərin idarəçiliyində olan dövlətlər bu məsələdə dərinə getmək istəmirlər.

Ərəb Dövlətləri Liqasının Sammitində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Bəhreyn kimi ölkələrin İsrailə neft embarqosu tətbiq etmək və onunla diplomatik münasibətləri kəsmək təklifini bloklamaları bu ölkələrin hakimiyyətlərinin öz maraqlarından qaynaqlanır. Onlar İsrailə qarşı hər hansı addım ataraq ABŞ-la münasibətlərinin zərər görməsini istəmirlər.

Digər tərəfdən, ərəb dövlətləri arasında ötən əsrin 50-70-ci illərində yaşanan həmrəyliyin bu gün də təkrarlanmasını gözləmək yersizdir. Çünki dövlətlərin və sülalələrin maraqları ümumərəb həmrəyliyini üstələyir. Ərəb xalqı üçün nə qədər acınacaqlı olsa da, müasir reallıq belədir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv