!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ərəb qızı ilə evlənən azərbaycanlı müğənni: "Buna görə iki dəfə boşandım"

!Reklam – Yazi

Çoxdandır nə efirlərdə görünür, nə də tədbirlərdə… Dünən film təqdimatlarının birinə qatılan müğənnini söhbətə çəkdik.

“Şeron” qrupunun bədii rəhbəri, müğənni Rüstəm Zeynallının Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Rüstəm haralardasız, çoxdandır görünmürsüz?

– Son vaxtlar yalnız filmlər üçün sauntreklər yazıram. Demək olar ki, 12 film üçün musiqi bəstələdim. Bir müddət öncə kinoteatrlarda nümayiş olunan “Kəklikotu” filminin də sauntreki mənə aiddir. Anam da kinemotoqrafçı olub və uşaqlıqdan bizi kinoman kimi böyüdüb. Elə o vaxtlardan arzum idi ki, filmlərə musiqi bəstələyim. Əslində, filmlərə musiqi bəstələmək üçün dəfələrlə müraciət etmişdim, vermirdilər. İllər sonra nəhayət ki, bu arzum gerçəkləşdi.

– Yəni oxumağın daşını birdəfəlik atmısız?

– Şeronla birgə yalnız konsert və toylarda oluruq. Az-az görünməyimizə görə, məni qınayırlar. Onlara da başa salıram ki, eyni zamanda, piyar işləri ilə də məşğul olmaq lazımdır. Bütün bu işləri bir arada görmək çox çətindir, neyləyim, gücüm çatmır.

– Efirlərdə də görünmürsünüz, çoxları elə bilir ki, artıq bu sənətdən uzaqlaşmısınız?

– Əslində, yenə də əvvəl tanıdıqlarım məni öz toylarına dəvət edirlər, sadəcə olaraq efirlərə çıxmıram. Vaxt yoxdur.

– Hamıdan gizlin ərəb qızı ilə evləndiniz, heç toy da etmədiniz.

– Bəli, bir oğlum da var.

– Harda tanış oldunuz? Kimdir, nəçidir?

– Azərbaycanda tanış olduq və evlənməyə qərar verdik. Dil mütəxəssisidir, 5 dil bilir, müəllimədir.

– Evdə “biz sənin ərəb qızı ilə evlənməyini istəmirik”, deyib, mane olmadılar ki?

– Yox, bizim ailə şəxsi məsələlərə müdaxilə etmir. Seçimi həmişə özümə buraxıblar…

– Ərəb qızından öncə, iki dəfə evli olmusunuz. Xanımlarınızı tez-tez dəyişməyinizin günahkarı onlardır, yoxsa siz?

– Heç vaxt ailə qurub, onu dağıtmaq barədə düşünməmişəm. Sadəcə olaraq, yaradıcı insanları anlamaq çətindir. Bu baxımdan çox kaprizli insanam və məni anlamaq çox çətindir. Buna görə iki dəfə boşandım. Qismət…

– Bu xanım necə, sizi anlaya bilir?

– Çox yaxşıdır.

– Düzünü deyin, qəlbinizi gözəlliyi ilə ovsunladı, yoxsa?

– Bizim dində belə bir fikir var: gördün, bəyəndin, yubatmaq olmaz. Biz də bir-birimizi görən kimi bəyəndik və dərhal da evlənməyə qərar verdik.

– Qadağalarınız varmı?

– Dini çərçivədən başqa heç bir qadağam yoxdur.

– Xanımınız Azərbaycan dilində danışa bilir?

– Səlis danışır.

– Bəs övladınız?

– O da doğma dilimizdə danışır.

– Xanımınız valideynlərinin yanına gedib-gəlir?

– Hələ ki, getməyib, çünki işlərimiz çoxdur, vaxt tapa bilmirik.

– Əvvəlki evliliyinizdən də övladlarınız var. Onlarla münasibətiniz necədir?

– Oğlumun 16, qızımın isə 13 yaşı var. Çox vaxt bir yerdə oluruq, bir-birimizin evinə gedib-gəlirik.

– Keçmiş xanımınız buna mane olmur ki?

– Yox, xanımlarımla da münasibətim normaldır.

Cəvahir
Foto:Cəmalə

www.yenicag.az

4322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv