!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərəblər Azərbaycanda adı "Qırmızı kitab"a düşən quşları ovladı - VİDEO / YENİLƏNDİ

!Reklam – Yazi

Bir neçə gün öncə sosial şəbəkələrdə bir qrup xarici ölkə vətəndaşının Tovuz rayonu ərazisində, Ceyrançöldə bəzgək quşları ovlamaları ilə bağlı məlumat yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova sözügedən iddia ilə bağlı Trend-ə bildirib ki, yayılan görüntülərdən xəbərdardırlar.

“Sosial şəbəkədə yayılan foto və video görüntülərdən xəbərdarıq. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək”.

Qeyd edək ki, ovda iştirak edən ərəblərdən biri “Binthaninayef” adlı instaqram hesabında Azərbaycanda ov edərkən çəkilmiş fotosunu paylaşıb. O, həmin fotonun yanvarın 23-də Azərbaycanda çəkildiyini qeyd edib.

***

Sosial şəbəkələrdə ərəb turistlərin Azərbaycanda “Bəzgək” ovlamalarını əks etdirən kadrlar yayılıb.

Yenicag.az xəbər verir ki, kadrların Tovuz rayonu ərazisində lentə alındığı iddia edilib.

www.yenicag.az

1012
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv