!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Ərindən əvvəl özünə hörmət edir” - Nadir kimə EYHAM VURDU?

!Reklam – Yazi

Bir müddət öncə qadınlarla bağlı qalmaqallı fikirlər səsləndirən və buna görə sosial şəbəkədə iradlara tuş gələn müğənni Nadir Qafarzadə növbəti paylaşımı ilə izləyiciləri təəccübləndirib.

Yenicag verir ki, Qafarzadə “Instagram”da video paylaşaraq, Rusiyada yaşayan Azərbaycan qadınlarını tərifləyərək əvvəlki səhvini düzəltməyə çalışıb. O, fikirlərini səsləndirərkən gizlin eyham vurmağı da unutmayıb:

“Artıq beş gündür ki, Rusiyadayam. Bu videonu çəkməkdə məqsədim var. Novosibirskdə yaşayan Azərbaycan qadınlarından danışmaq istəyirəm. Mən onlara heyran qaldım. Bu qədər mədəniyyət, bu qədər əxlaq, daxili və xarici gözəllik… Deməli, qadın istəsə, harada olmağından asılı olmayaraq, qadınlığını qoruya bilir. Nə yaxşı ki, Azərbaycan qadını var. Burada qadının əri, sahibi var və ərindən öncə özü özünə hörmət edir. Rusiyada yaşayan Azərbaycan qadınlarını alqışlayıram. Sizə heyran oldum, mənim qeyrətli Azərbaycan qadınlarım. Sizə qurban olaram. Yaxşılardan söhbət gedir. Yaxşıları görəndə ürəyim dağa dönür. Hətta mən bu sözləri rus qadınları barədə də deyə bilərəm. Bir balaca da olsa yolundan çıxan, bilərəkdən özünü nümayiş etdirən, nəsə axtaran qadın görmədim”.

Cəvahir

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv