!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərinə ukraynalı qadınları zorlaması ilə bağlı göstəriş verən qadın axtarışa verildi - FOTO

!Reklam – Yazi

Ukraynalı qadınları zorlaması ilə bağlı hərbçi ərinə tapşırıq verən qadın beynəlxalq axtarışa verilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna xüsusi xidmət orqanları yayılmış səs yazısı əsasında istintaqa başlayıb.

Araşdırmalardan sonra müstəntiqlər səs yazısının 27 yaşlı rus əsgəri Roman Bıkovski və onun həyat yoldaşı Olqa Bıkovskayaya aid olduğunu müəyyən ediblər.

Qadının dəhşətli göstərişinin Müharibə dövründə Mülki Əhalinin Müdafiəsi haqqında Konvensiyanın 27.2-ci maddəsini və Cenevrə konvensiyalarını pozduğu müəyyən edilib.

Ukrayna hakimiyyəti qadının 12 ilə qədər həbs cəzası ilə mühakimə olunmasını istəyir.

Ukrayna təhlükəsizlik qüvvələri istintaq başa çatdıqdan sonra Olqa Bıkovskayanı beynəlxalq axtarışa verib.

Qeyd edək ki, 30 saniyəlik səs yazısında adı Olqa Bıkovskaya adlı qadın ərinə: “Ukraynalı qadınlar oradadır. Onları zorlaya bilərsiniz. Sadəcə mənə heç nə demə”, – deyir.

Hətta əri qadının dediklərinə təəccüblənsə də, o yenidən razılıq almaq üçün xahiş edir: “Mən, həqiqətən, edə bilərəmmi?”

Qadın inamla cavab verir: “Bəli, icazə verdim, ehtiyatlı ol və mənə heç nə demə”.

Həmin qadınla ərinin fotolarını təqdim edirik:

 

www.yenicag.az

1834
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv