!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erkək həşəratları öldürən virus kəşf edildi

!Reklam – Yazi

Yapon alimlər daha bir maraqlı kəşfə imza atıblar.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, əsasən, erkək həşəratları məhv edən öldürücü virus kəşf edilib.

Virus təsadüfən Minami Kyuşu Universitetin tədqiqatçı alimi Misato Terao tərəfindən tapılıb. Yeni virusun aşkar edilməsi tədqiqatçılara zərərvericilər, hətta xəstəlik yayan həşəratlarla mübarizə yollarını tapmağa kömək edə bilər.

Milli Elmlər Akademiyası tərəfindən maraqla qarşılanan bu kəşf birdən çox virusun erkək həşəratları seçici şəkildə öldürmək üçün ortaya çıxdığına dair sübutdur. Hətta ABŞ Universitetinin simbiont mütəxəssisi bu kəşfin zərərverici həşəratların və ağcaqanadlar kimi xəstəlik daşıyıcılarının populyasiyalarına nəzarət altında saxlamağa kömək edəcəyini bildirib.

Aysel Hüseynqızı

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv