!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erkən seçkilərdə siyasi fəallıq FAKTORU: “Digər namizədlərin rəqabət aparmaq istəyi...”

!Reklam – Yazi

“Keçiriləcək prezident seçkilərində namizədlərin say çoxluğu demokratik mühitdən xəbər verir”.

Bu fikirləri 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlərin sayının çoxluğunun siyasi fəallıqla əlaqəsini dəyərləndirən İctimai Nəzarət Mərkəzinin (İNM) sədri Rauf Zeyni Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, gələn il keçiriləcək prezident seçkiləri Azərbaycanın tarixi zəfəri fonunda xüsusi əhəmiyyət kəsbr edir:

“Prezident İlham Əliyev tarixə qızıl hərflərlə yazılacaq qələbə qazandı. Əlavə olaraq, onun apardığı milli-bəşəri və mütərəqqi siyasətin alternativi yoxdur.

Buna baxmayaraq, keçiriləcək prezident seçkilərində namizədlərin say çoxluğu həm demokratik mühitdən, həm seçki fəallığından, həm də müəyyən reytinqə malik olan digər namizədlərin rəqabət aparmaq istəyindən xəbər verir. Bu isə demokratiyanın göstəricisidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv