!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erkən seçkiləri şərtləndirən YENİ DÜNYA DÜZƏNİ: “Ölkənin maraqlarını qətiyyətlə müdafiə edən...”

!Reklam – Yazi

“Ermənipərəst yanaşma sərgiləyən Qərb dövlətləri Ermənistandan istifadə edərək Azərbaycana qarşı müxtəlif provokasiyalara əl atır”.

Bu fikirləri Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərinin keçirilməsini zəruri edən səbəblərə toxunan Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev Yenicag.az-a açıqlamasında deyib.Partiya sədrinin sözlərinə görə, dünya düzəni sürətlə dəyişir və bu gedişatda yeni reallıqlar formalaşır:

“Yeni dünya düzəni mürəkkəb şəkildə formalaşdığı üçün gələcəkdə hansı proseslərlə qarşılaşacağımızı bilmirik. Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsinin başlıca səbəbi də məhz qurulmaqda olan yeni dünya düzəni ilə bağlıdır.

Hələ həll olunmalı bir sıra məsələlər var. Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi həll olunsa da, çözülməli başqa ciddi məsələlər də var. Əlavə olaraq, Qərbin Azərbaycana qarşı qərəzli mövqeyini də yaddan çıxarmaq olmaz.

Ermənipərəst yanaşma sərgiləyən Qərb dövlətləri Ermənistandan istifadə edərək Azərbaycana qarşı müxtəlif provokasiyalara əl atır. Azərbaycan sülhün əldə olunması üçün Ermənistana bir sıra güzəştlər etdi. Lakin qarşılığında gözləmədiyimiz hallarla üzləşir, İrəvanın manipulyativ addımları ilə qarşılaşırıq.

Bu məsələləri nəzərə alaraq Azərbaycanın gücünü bir daha sübut etmək lazımdır. Prezident İlham Əliyevin nüfuzu kifayət qədər yüksəkdir. Çünki Qarabağın azad olunması, ərazi bütövlüyünün tam bərpa edilməsi, ən əsası, 104 il sonra Xankəndidə Azərbaycan hərbçilərinin fəaliyyət göstərməsi qətiyyən sadə məsələlər deyildi.

Bir sözlə, ağa ağ, qaraya qara demək lazımdır. Azərbaycanı beynəlxalq təzyiqlərdən qurtaran, milli və dövlət maraqlarını müdafiə edən, ölkənin haqqı uğrunda mübarizəni davam etdirən tək şəxs prezident İlham Əliyevdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1722
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv