!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erkən seçkilərin MÜMKÜN İDDİALILARI: “Seçki bülleteninə 10 namizədin adının...”

!Reklam – Yazi

“Namizədliyini irəli sürənlər arasında artıq fəaliyyətini dayandırmış partiya sədrləri də var”.

Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində mübarizə aparan namizədlərin mümkün sayı haqda danışan ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, ötən seçkilərlə müqayisədə bu dəfə namizədlərin sayının nisbətən çox olacağı gözlənilir:

“Bildiyiniz kimi, növbədənkənar seçkilər elan edildikdən və müvafiq prosedurlara start verildikdən sonra kampaniyada iştirak etmək niyyətində olanların sayı təqribən 20-yə çatdı. Lakin onlardan bəzilərinin iddiası sözdən o tərəfə keçmədiyi üçün mümkün namizədlərin sayı da avtomatik azaldı.

Mərkəzi Seçki Komissiyası bu günə qədər hələ ki cəmi üç iddialının namizədliyini təsdiqləyib. Xatırladım ki, 2013-cü il seçkilərində doqquz, 2018-ci il seçkilərində isə səkkiz namizəd qeydə alınmışdı. Bu dəfə namizədlərin sayının neçə olacağı maraq doğurur. Fikrimcə, 7 fevral seçkilərində bülletenə on namizədin adının daxil ediləcəyi real görünür. Burada başqa bir maraqlı məqam da var. Diqqət edirsinizsə, namizədliyini irəli sürənlər arasında artıq fəaliyyətini dayandırmış partiya sədrləri də var.

Onların “marafon”a qoşulmaları həm də o mənaya gəlir ki, həmin siyasətçilər namizədliyin rəsmiləşməsi üçün azı qırx min seçici imzası yığmaq imkanındadırlarsa, deməli, fəaliyyətini dayandırmış partiyalarının yenidən arenaya qayıtmalarından ötrü tələb olunan beş min üzv də toplaya bilərlər. O baxımdan, bu seçkilər həm də vurğulanan kontekstdə maraq doğurur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv