!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni agent Paşinyanla görüşdən şəklini “Cananə”yə göndərdi… – DTX görüntüləri yaydı / VİDEO

!Reklam – Yazi

İctimai Televiziyada “Baş tutmayan tələ” sənədli filmi yayımlanıb.

Yenicag.az xəbər verir ki, filmdə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarının Azərbaycan vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə necə əlaqə qurmalarından bəhs olunub.

Filmdə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Artur Arustamyanın Azərbaycan vətəndaşı ilə əlaqə qurması və ifşa olunması əks olunub.

A.Arustamyan “Cananə” şərti adı olan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı ilə yazışmalara başlayır və ondan məlumatlar toplamağa çalışır. Daha sonra isə A.Arustamyan “Cananə”yə aşiq olur və özü haqqında bir çox məsələləri ona etiraf edib. “Baş tutmayan tələ” sənədli filmində erməni agentin səs yazısı və görüntüləri də əks olunub.

O, hətta kimliyini isbat etmək üçün Ermənistanın Baş naziri Nikol Paşinyanla olan iclasdan şəklini də “Cananə”yə göndərir.

Qeyd edək ki, A.Arustamyan sosial şəbəkələr vasitəsilə müxtəlif Azərbaycan vətədanşları ilə dialoqlar quraraq məlumatlar toplamağa çalışıb.

“Baş tutmayan tələ” sənədli filmini oxucularımıza təqdim edirik:

ənədli filmdə ermənilər tərəfindən yaradılmış “Henoket” analitik mərkəz barədə də məlumat verilib.

DTX rəsmisi bildirib ki, sözügedən analitik mərkəzin fəaliyyəti Azərbaycanın müdafiə qabiliyyəti barədə məlumatlar toplamaqdan ibarət olub.

Məlumata görə, sözügedən mərkəz Tiqran Abramyan tərəfindən yaradılıb. O, qondarma rejimin rəhbərinin sabiq müşaviri vəzifəsində işləyib.

DTX toplanmış materiallar əsasında həmin mərkəzdə çalışan, fəallığı ilə seçilən Alen Qulyan ətrafında əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilib. Digərlərindən fərqli olaraq, Alen Qulyan sosial şəbəkələr vasitəsilə Azərbaycanda yaşayan şəxslərlə dostluq münasibəti yaratmağa cəhd götərir, əsasən, milli etnik azlıqlara üstünlük verir.

Bu hal nəzərə alınaraq əməliyyat keçirilib. Belə ki, DTX ölkəmizdə yaşayan etnik azlıq nümayənsi obrazı yaradaq onunla əlaqəyə keçib. O, yaradılan obrazla əlaqə quraraq çalışırdı ki, müxtəlif hərbi hissələrdə özünə mövqelər yaratsın.

Bu şəxslərin məqsədi pul müqabilində Azərbaycan haqqında məlumatlar toplamaqdan ibarət olub.

Daha ətraflı videoda:

www.yenicag.az

420
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv