Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Erməni ailəsini məhv edən rus əsgərini Rusiya məhkəməsi mühakimə edəcək

104631_res_01Ermənistandakı Rusiya qarnizon hərbi məhkəməsi fərarilik və silah oğurlamaqda günahlandırılan hərbçi Valeri Permyakovun işinə baxacaq.

Yenicag.az azvision.az-a istinadən xəbər verir ki,  bu barədə Şimali Qafqaz Dairəsinin Hərbi Məhkəməsinin mətbuat katibi Alena Katkalo bildirib.

Katkalonun sözlərinə görə, “Qətl” maddəsi üzrə istintaq işi ayrıca aparılır: “Hazırda məhkəməyə “Fərarilik”, “Silah oğurluğu” və “Qanunsuz silah gəzdirmək” maddələri üzrə iş təqdim olunub”.

Məhkəmənin keçiriləcəyi tarix hələ ki bilinmir.

Qeyd edək ki, Permyakov yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. 19 yanvarda o da dünyasını dəyişib.

www.yenicag.az

70