!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni blefinin İFLASI: “Azərbaycanın “humanitar fəlakət” yaratmadığını anlayanlar...”

!Reklam – Yazi

“Ermənistan ictimai rəyindəki mənzərə Qarabağ ermənilərinin mövqeyində də əks olunur”.

Bu fikirləri Ermənistan ictimai rəyinin mövcud şəraitdə Qarabağ ətrafında cərəyan edən proseslərə yanaşmasını dəyərləndirən politoloq Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan müxalifəti indiki situasiyadan ölkə hakimiyyətinə qarşı yararlanmağa çalışır:

“Əslində, Ermənistan ictimai rəyində ifadə edilən mövqelərə nəzər saldıqda, şiddi şəkildə fərqlənən yanaşmaların olduğunu görürük. Vurğulanmalı əsas məqam budur ki, az da olsa, erməni cəmiyyətinin müəyyən kəsimi Azərbaycanın Qarabağda “humanitar fəlakət” yaratmadığını, əksinə, qanun çərçivəsində sərbəst hərəkəti təmin etdiyini, xəstələrin müalicə üçün Ermənistana getmələrini əngəlləmədiyini dilə gətirir.

Bununla yanaşı, cəmiyyətin başqa bir hissəsi, xüsusilə də Ermənistan müxalifəti mövcud vəziyyətdə Paşinyanı yenə də hədəfə alaraq, onu “Qarabağ ermənilərini taleyin ümidinə buraxmaqda” suçlayır. Müşahidələr onu göstərir ki, Paşinyan və komandası Qarabağı birmənalı Azərbaycan ərazisi kimi tanıyır və oradakı əhalinin bizim qanun-qaydalara uyğunlaşmasının vacibliyini önə çəkir.

Ermənistan ictimai rəyindəki mənzərə Qarabağ ermənilərinin mövqeyində də əks olunur. Yəni Qarabağdakı ermənilərin qabarıq nəzərə çarpan mövqeyi onların özlərini Azərbaycannın tərkibində görmədiklərini, görmək istəmədiklərini söyləməyə əsas verir. Bu isə o deməkdir ki, Qarabağ erməniləri ya Azərbaycanın suverenliyini qəbul etməlidirlər, ya da ki rəsmi Bakı məsələnin qəti həlli üçün gərəkən addımları atacaq”.

A.Zeynalov

www.yenicag.az

330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv