!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni cəmiyyətinin Berlin görüşünə REAKSİYASI: “Azərbaycanı prosesin uzadılmasında ittiham edənlər...”

!Reklam – Yazi

“Yaxın perspektivdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ehtimalı aşağıdır”.

Bu fikirləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Berlində baş tutan görüşlə bağlı Ermənistan cəmiyyətinin yanaşmasını dəyərləndirən professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, erməni cəmiyyəti Azərbaycanla Ermənistan arasında nizamlama prosesinin Bakının mövqeyinə görə təxirə salınacağını düşünürdü:

“Həmçinin Azərbaycanı sülh prosesinin uzadılmasında ittiham edirdilər. Ancaq Bakı istənilən sülh görüşünə razılıq verərək, bu kimi fikirləri yanıltmağı bacarır. Konstruktiv addımlar sayəsində Ermənistan müəyyən şərtlər daxilində sülh danışıqlarının davam etdirilməsinə məhkum olundu.

Azərbaycanın sülhün əldə olunması istiqamətində təbii olaraq, bir sıra şərtləri var. Həmin şərtlər səsləndirilməsə də, onlardan biri Ermənistanın 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndini yerinə yetirməsi tələbidir. Yəni Azərbaycanın işğal altında olan 8 kəndi azad edilməlidir.

Yaxın perspektivdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ehtimalı aşağıdır. Buna baxmayaraq, Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu və regionda sabitlik istədiyini açıq-aşkaq göstərir. Artıq Ermənistanın siyasi elitası belə Azərbaycanın sülhə hazır olduğunu dilə gətirməyə başlayıb”.

Nəsimi Ələsgərli

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv