!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Erməni cəmiyyətinin Zəngəzur dəhlizinin açılmasına münasibəti elədir ki...” – ŞƏRH

!Reklam – Yazi

“Qərblə Rusiyanın regionda nüfuz bölgüsü məsələsində anlaşacaqları qətiyyən istisna olunmur”.

Bu fikirləri Azərbaycan, Rusiya və Ermənistan liderlərinin oktyabrın 31-də Soçidə keçiriləcək görüşündən erməni cəmiyyətinin gözləntiləri haqda danışan Erməni Araşdırma Mərkəzinin rəhbəri professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında davam edən nizamlama prosesində Qərblə Rusiyanın rəqabəti açıq görünür:

“Açığı, nəzərdə tutulan Soçi görüşü ilə bağlı Ermənistanda geniş müzakirələrin aparıldığını söyləmək çətindir. Bu məsələ ölkənin mediasında da mühüm hadisə qismində dəyərləndirilmir.

Eyni zamanda, Ermənistan rəsmilərinin son çıxışlarında da Soçi görüşü barəsində ciddi gözləntilərinin olduğu nəzərə çarpmır. Nikol Paşinyan da parlamentdəki dünənki çıxışında görüş haqqında geniş danışmadı.

Cəmiyyətin gözləntisinə gəldikdə isə, bir çoxları Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasının vacibliyinə dair fikir bildirirlər. Bundan başqa, Zəngəzur dəhlizi ilə əlaqədar da müzakirələr aparılır, fikirlər səsləndirilir. Erməni cəmiyyətinin Zəngəzur dəhlizinin açılmasına münasibəti elədir ki, onlar hökuməti dəhliz yox, sadəcə, yol variantı ilə razılaşmağa çağırırlar.

Bəli, Azərbaycan və Ermənistan arasında davam edən nizamlama prosesində Qərblə Rusiyanın rəqabəti açıq görünür. Ermənistanda Rusiyanın onları güdaza verdiklərinə yönəlik fikirlər intensivləşməkdədir.

Amma hesab etmək olar ki, nizamlama prosesində hərəsinin öz variantı olsa da, Qərblə Rusiyanın regionda nüfuz bölgüsü məsələsində anlaşacaqları qətiyyən istisna olunmur”.

A.Zeynalov

www.yenicag.az

580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv