!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni cinayətlərinin TARİXDƏ İLK MÜHAKİMƏSİ: “Onlar törətdikləri qanlı əməllərin...” – Keçmiş nazir

!Reklam – Yazi

“Yəqin ki separatçıların Arayik və digər əsas fiqurları ömürlük həbs cəzasına məhkum ediləcək”.

Bu fikirləri Qarabağda məhv edilmiş separatçı rejimin sabiq rəhbərlərinin həbsini və onların mümkün cəzalarını dəyərləndirən keçmiş təhsil naziri Firudin Cəlilov Yenicag.az-a açıqlamasında deyib.

O qeyd edib ki, ermənilər törətdikləri qanlı cinayətlərə görə tarixdə ilk dəfə cavab verməli olacaqlar:

“Separatçılar üzləşdikləri ağır məğlubiyyətin şokundan hələ çıxmayıblar. Buna görə də hara qaçacaqlarını, necə gizlənəcəklərini bilmirlər. Bu şəxslər sərhəddən keçmək istəyərkən yaxalanırlar və birbaşa Bakıya gətirilirlər. Bildiyim qədər, Azərbaycanın axtarış siyahısında olanların sayı bir neçə yüz nəfərdir. Ancaq onların bəziləri müxtəlif yollarla aradan çıxsalar da, hələ Qarabağda qalanlar da az deyil.

O baxımdan, bundan sonra da ələ keçirilən separatçıların sayı çoxalacaq. Əlbəttə, onlar ədalət məhkəməsinə cıxarılacaqlar və ermənilər törətdikləri qanlı cinayətlərə görə tarixdə ilk dəfə cavab verməli olacaqlar. Azərbaycan qanunvericiliyini nəzərə alsaq, yəqin ki separatçıların Arayik və digər əsas fiqurları ömürlük həbs cəzasına məhkum ediləcək. Bütün bunlar onlara görk olmalıdır.

Azərbaycan ordusu 45 günə – 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror əməliyyatı nəticəsində ərazilərimizi işğaldan azad etdi. Bu qələbə sayəsində qürururmuz yerinə gəldi. Bilirik ki, “erməni xəstəliyi” sağalmaz dərddir. Ona görə də çox ehtiyatlı olmalı və təhlükəsizlik tədbirlərini səngitməməliyik”.

Yusif Səmadzadə 

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv