!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni deputat Lavrovu ƏLƏ SALDI: “Qoy gedib dəfnə yarpağı qurutsun"

!Reklam – Yazi

“Lavrovlar gedib dəfnə yarpaqlarını qurutsunlar”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Akop Aslanyan erməni mediasına müsahibəsində deyib.

O, Qarabağ münaqişəsini həll olunmuş adlandıran Rusiyanın xarici işlər naziri Sergey Lavrova etiraz edib.

Qeyd edək ki, Lavrov 2023-cü il oktyabrın 23-də Tehranda Cənubi Qafqaz üzrə “3+3” Məşvərətçi Regional Platformasının nazirlərin görüşünün yekunlarına əsasən jurnalistlərə deyib: “Ümumilikdə münaqişə həll olundu. Tərəflər Qarabağın Azərbaycana məxsus olması ilə bağlı razılığa gəliblər. Bu, həll olunmamış əsas problem idi”.

Paşinyanın partiyasından olan deputat Lavrova cavab verib:

“Qoy Lavrovlar gedib dəfnə yarpaqlarını qurutsunlar.

Ən böyük rolu o oynadığına görə, ümumiyyətlə, Rusiya faktorundan danışmayaq.

Lavrovlar və Zaxarovalar öz işləri ilə məşğul olsunlar”- Aslanyan bildirib.

O, çoxəsrlik erməni-rus dostluğunun mövcud olmadığını da əlavə edib.

Xuraman Etibarlı

www.yenicag.az

243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv