!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni deputat: "Rəhbərlikdə olanların narkomafiya ilə əlaqəsi var"

!Reklam – Yazi

Ermənistan rəhbərliyində olanların narkomafiya ilə əlaqəsi var.

Yenicag.az xəbər verir ki, bunu parlamentdəki “Ermənistan” müxalifət blokunun deputatı Andranik Tevanyan mayın 18-də jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hakimiyyətin himayəsi olmadan narkotik maddələrin qanunsuz ticarətinin həcmi bir milyard dollara çatmazdı. Deputat Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsinin təxminən 4 tona çatdığını və bunun da 1 milyard dollara yaxın olduğunu deyib:

“Hakimiyyət belə böyük məbləğdən yan keçə bilməz”.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti mayın 18-də Ekvadordan meyvə idxal edən şirkət tərəfindən respublikaya bir ton kokainin saxlandığına dair məlumat yayıb. Nəhəng narkotik partiyası İtaliya və Gürcüstandan tranzitlə respublikaya gəlib. Saxlanılan və ələ keçirilən partiyanın ümumi dəyəri təxminən 250 milyon avro təşkil edir.
Xatırladaq ki, bu fraksiyanın lideri keçmiş prezident Robert Koçaryandır. /Report/

www.yenicag.az

260
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv